Haqqımızda

“Netport” MMC İT həllər istiqamətində xidmət göstərən şirkətdir. Artıq bir neçə ildir fəaliyyət göstərən şirkətimiz öz fəaliyyətində müştəri məmnuniyyəti, keyfiyyətli xidmət və daim yeni texnologiyaların tətbiqi prinsiplərini rəhbər tutur. Təcrübəmizlə ən qabaqcıl texnologiyaları tətbiq edərək istəkləriniz əsasında biznes proseslərinizin avtomatlaşdırılması üçün sizə, proqram təminatı və qabaqcıl markaların avadanlıqları ilə sistemlər hazırlayırıq. Şirkətimizin yüksək ixtisaslı mütəxəssisləri və partneri olduğumuz dünya brendləri ilə birlikdə innovativ inkişafda yanınızda oluruq.